Boğazınız ağrıyır, bronxitsiniz - antibiotiklərə ehtiyacınız yoxdur

 Boğazınız ağrıyır, bronxitsiniz - antibiotiklərə ehtiyacınız yoxdur

Tanınmış həkim: Boğazınız ağrıyır, bronxitsiniz - antibiotiklərə ehtiyacınız yoxdur 

Öskürək, viruslu bronxit və haymorit zamanı antibiotiklər əks göstərişdir.

Bu dərmanlar nəzarətsiz alındıqda təsir göstərmir.

Bu barədə məşhur rusiyalı həkim və teleaparıcı Aleksandr Myasnikov xəbərdarlıq edib:

"Boğazınız ağrıyır – sizə antibiotik olmaz, bronxitsiniz - antibiotiklərə ehtiyacınız yoxdur. Sadəcə gözləyin, öskürək əleyhinə dərmanlar qəbul edin. Baxın, bəlkə də infeksion (bronxit) deyil, çünki əksər hallarda infeksion olmur".

Həkim antibiotiklərin haymorit zamanı da əks göstəriş olduğunu vurğuladı.

"Streptokok angina zamanı temperaturunuz 40 dərəcədən yuxarı olarsa ürək xəstəliklərinin profilaktikası üçün, cinsi infeksiyalar zamanı, yaxud sizdə sətəlcəm olub (və ya var) və siz evdə müalicə alırsınızsa, xəstəxanadan kənarda antibiotik qəbul edə bilərsiniz", - deyə həkim bildirib.

Myasnikov antibiotiklərin bronxitin ilkin müalicəsi üçün uyğun olmadığını vurğulayıb.(sağlamolun.az)