Baş ağrıları, yorğunluq-Orqanizminizdə bu maddə çatışmır 

Baş ağrıları, yorğunluq-Orqanizminizdə bu maddə çatışmır 

Vitamin və minerallar orqanizmin normal fəaliyyətində çox böyük rol oynayır. Bəzən məhz onların defisiti müxtəlif pozulmaların inkişafına səbəb olur.

Orqanizmdə maqneziumun defisitinin simptomları haqqında məlumat təqdim edirik:

Maqneziumunun çatışmazlığı özünü bu kimi əlamətlərlə büruzə verir-

Şirin qidalara, şirniyyatlara meylliliyin artması.

Əzələlərdə ağrı, sıxılma və qıcolmalar

Yuxunun pozulması, yuxusuzluq

Gərginlik, əsəbilik, depressiya

Qəbizlik

Keçməyən yorğunluq

Tez-tez təkrarlanan baş ağrıları

Ürək ritminin pozulması, aritmiya

Sizdə bu simptomların əkəsriyyəti varsa, qanda maqneziumun səviyyəsini yoxlamaq lazımdır. Analizi həkim təyin edir. Analiz damardan səhər saatlarında acqarına verilir. Analizdən əvvəl siqaret çəkmək və idmanla məşğul olmaq olmaz.

Maqneziumun defisiti aşkar olunarsa həkim xəstəyə maqnezium preparatını təyin edə bilər. Həmçinin qidalanmada bu mineralla zəngin olan məhsulları artırmaq lazımdır. Bu məhsullar arasında badam, qoz, araxis, püstə, balqabaq, tumları, qarabaşaq, yula, darı və arpa yarması, göyərti xüsusi yer tutur.(saglamolun.az)