Antiteli olan insana peyvənd vurmaq təhlükəlidir

Antiteli olan insana peyvənd vurmaq təhlükəlidir

İnfeksionist professordan AÇIQLAMA 

Virusa yoluxub, qanında antitel olan insana yenidən əlavə Covid 19 peyvəndi vurmaq həmin insan üçün təhlükə daşıyır.

Sankt-Peterburqda Botkin adına infeksion xəstəxanasının məşhur professoru, tibb elmləri namizədi Aleksey Yakovlev bu barədə açıqlama verib. O, hesab edir ki, kütləvi koronavirus vaksinasiyası insanlıq üzərində təhlükəli eksperimentdir.

"Yoluxub sağalmış və antiteli olan insana yenidən antitel porsiyası yükləmək immunitetin gücü daxilində olmayan yükdür və bu zaman insan daha ağır və güclü xəstələnir.

Hər bir şəxs peyvənddən öncə ciddi yoxlanmalı, müayinələrdən keçməli, bundan sonra həkimlər qərar verməlidir ki, bu şəxs peyvənd oluna bilər, ya yox".

Dünyada kütləvi vaksinasiya təhlükəli bir təcrübədir. İstənilən vaksin preparatı insanlara vurulmaq üçün ən azı 3 il tədqiqat aparılmalıdır. Kovid peyvəndinin isə 1 ili var.

Professor öncədən də demişdi ki, peyvənd olunan insan daha tez-tez və ağır xəstələnir. O hesab edir ki, antitel asılılığın güclənməsi immuniteti zəiflədir. (medcina.az)