Ağciyərləri 100 faiz zədələnən xəstə koronavirusdan sağaldı

Ağciyərləri 100 faiz zədələnən xəstə koronavirusdan sağaldı

Ağciyərləri 100 faiz zədələnən xəstə koronavirusdan sağalıb.

Hadisə Rusiyanın Tver vilayətində qeydə alınıb.

Məlumata görə, qadın, həmçinin, ağır sətəlcəmdən və tənəffüs çatışmazlığından əziyyət çəkib.

O, ekstrakorporal membran oksigenləşməsi (ECMO) üsulu sayəsində xilas olunub: 14 gün ərzində ECMO cihazına qoşulan qadın, nəhayət, bu yaxınlarda ayağa qalxıb.

Həkimlərin sözlərinə görə, möcüzə təkcə 100 faiz zədələnən ağciyərlərin sağalmasında deyil, həmçinin, pasiyentin ECMO-dan salamat çıxmasındadır.

Epidemiyadan əvvəl bu cihaz mürəkkəb əməliyyatlar zamanı və yenidoğulmuşların reanimasiyasında istifadə edilib. ECMO-ya uzun müddət bağlı qaldıqda yetkin orqan müstəqil tənəffüs funksiyalarını yerinə yetirməyi dayandırır. Buna görə də reanimatoloqlar tək-tük xəstələri oksigenatordan çıxara bilirlər. (sağlamolun.az)