Zəfər muzeyinin ilk eksponatları

Zəfər muzeyinin ilk eksponatları

Mədəniyyət Nazirliyi tərəfindən Vətən Müharibəsi memorial kompleksi və Zəfər muzeyi fondunun təşkili üçün lazımi materialların toplanılmasına başlanılıb.

Bu barədə nazirlik məlumat yayıb.

Qeyd edək ki, vətəndaşlarımız müvafiq materialların təhvil verilməsində fəal iştirak edirlər. Həmçinin bu istiqamətdə müxtəlif dövlət qurumları – Daxili İşlər Nazirliyinin Daxili Qoşunları, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi, Dövlət Sərhəd Xidməti, Müdafiə Sənayesi Nazirliyi öz töhfələrini verir.

Təhvil verilən materiallar Zəfər muzeyi fondunun ilk eksponatlarıdır.