Yaponiyada "Doğruçuların hekayəsi" adlı kitab çap ediləcək

Yaponiyada "Doğruçuların hekayəsi" adlı kitab çap ediləcək

Şəhid Mürtəza Mütəhhərinin Peyğəmbər (s) və İmamların (ə) həyatından bəhs edən "Doğruçuların hekayəsi" kitabının yapon dilinə tərcüməsi Yaponiyada nəşr olunacaq.

 İranın Yaponiyadakı mədəniyyət müşaviri Hüseyn Divasalar, beynəlxalq mədəni əməkdaşlığı inkişaf etdirmək məqsədi ilə Tokiodakı İran Mədəniyyət Müşavirinin Pao Nəşrləri ilə birgə " Doğruçuların hekayəsi" kitabının yapon dilinə tərcüməsinin çap eildiləcəyini bildirib.

Şəhid Mürtəza Mütəhhərinin "Doğruçuların hekayəsi" kitabında İslam Peyğəmbəri (s) və məsum İmamların şəxsiyyəti, rəftarı, göstərişləri və həyat tərzi haqqında çoxlu ibrətamiz hekayələr var. Bu kitab İslam cəmiyyətinin hikmətlə dolu yeni tərifini təqdim edir.