Şah Feyzal Məscidi

Şah Feyzal Məscidi

Şah Feyzal məscidi və ya Feysəl məscidi, dünyanın ən böyük məscidlərindən biridir.

Pakistanın əsas və ən böyük məscidi olan paytaxt İslamabadda yerləşir. Məscidin tikintisi 1976-cı ildə başlayıb, 1986-cı ildə sona çatıb. Məscidin sahəsi 5000 kv.metrdir. Burada 700000 insan ibadət edə bilər.

Səudiyyə Ərəbistanı Kralı Feysəl bin Əbdüləzizin 1966-cı ildə İslamabada səfəri zamanı təklifi ilə gündəmə gələn bu layihə üçün 1969-cu ildə müsabiqə keçirildi. 43 ölkədən 17 layihə arasında Vedat Dalokayın 1957-ci ildə Kocatepe Məscidi Layihə Yarışmasında seçilən, lakin tamamlana bilməyən layihəsi Pakistan hökumətinin Layihə müsabiqəsində qalib gəldi.

1976-cı ildə Pakistan hökuməti Səudiyyə Ərəbistanı Dövlətindən aldığı 130 milyon Səudiyyə riyalı (bu gün təxminən 120 milyon dollar) ilə tikintiyə başladı və 1986-cı ildə tamamlandı.