Qurani-Kərimin alban dilinə ilk tərcüməsi

Qurani-Kərimin alban dilinə ilk tərcüməsi

Qurani-Kərim alban dilinə ilk dəfə xristianlıq dini üzrə tanınmış alim İlo Mitkë Qafëzezi tərəfindən 1921-ci ildə, 100 il öncə tərcümə edilib. 

İlo Mitkenin Quranın tərcüməsinə başladığı zaman müsəlman fəqihləri Quranın tərcüməsini doğru hesab etmirdilər. Albaniyanın müftisi 1924-cü ildə Quranın tərcüməsini oxumağın haram olması barədə fətva vermişdi. Bu üzdən də bu tərcümə həmin dövrdə cəmiyyətdə səs-küyə səbəb olmuşdu.

Hazırda isə Şimali Makedoniya, Kozova və Albaniyanın kitabxanalarında Alban dilinə təcümə edilmiş ondan çox Quran nüsxəsi var.

İlo Mitkë Qafëzezi 1889-cu ildə Albaniyanın cənub-şərqində yerləşən Kurçe şəhərində anadan olub və 1964-cü ilə elə həmin şəhərdə də vəfat edib.

O, müəllim, araşdırmaçı, tarixçi və dinçi alim idi. 13 yaşıda Amerikaya səfər edən Qafezezi 1924-cü ildə yenidən Kurçeyə qayıdır. Doğma şəhərində məktəb müdiri və müəllim kimi çalışmağa başlayan başlayan Qafazezi yaşadığı cəmiyyətdə Quranın tərcüməsinə qarşı edilən etirazlara baxmayaraq İlahi ayələrin mənasını ərəb dili bilməyənlərə çatdırırdı. O, istəyirdi ki, xristianlar öz müsəlman qardaşlarının müqəddəs kitabı ilə tanış olsunlar, müsəlmanlar Qurani-Kərimdə nə yazıldığını anlasınlar.

O, bu işdə ingiltərəli şərqşüna və tərcüməçi Corc Seylin Quranın ingilis dilinə olan tərcüməsindən ilham almışdı və düşünmüşdü ki, bu işi öz ana dilində xalqı üçün də etməlidir.

Yeni Albaniya dövlətinin təsis edilməsindən bir il sonra, 1921-ci ildə jurnalistika və ədəbiyyat sahəsində məşhurlaşmış Qafezezinin tərcüməsi əsasında Quranın alban dilində tərcüməsi çap və nəşr edildi.

Qafezezinin təcüməsi sadə, birbaşa, dəxalətsiz, təfsirsiz və izahsız idi. Əlbəttə tərcümə ingilis dilindən olduğu üçün və həmçinin mütərcimin də dili zəif bilməsi səbəbindən alban dilindəki təcümədə qüsurlar var idi. Bunu mütərcim də etiraf etmişdi.

Daha sonra 1985-ci ildə Fəthi Mahdiv Quran tərcümələrini araşdıraraq demişdi ki, Qafezezinin tərcüməsi müvəffəq tərcümə idi və o tərcümədə müsəlmanların təhqirinə yol verilməmişdi.

Qafazezinin tərcüməsi o zaman Osmanlı imperiyasının nəzarətində olan digər ölkələrdə Quranın tərcüməsi və nəşri üçün yol açdı. Bu tərcümə barədə 1922-ci ildə İstambul qəzetləri yazdığı zaman türkcə Quran yox idi. Bu xəbər bais oldu ki, 1924-cü ildə Qurani-Kərim türk dilinə də tərcümə edilsin.

Bundan sonra isə Hafiz Əli Kürçə (1873-1957) Qurani-Kərimin izahlı tərcüməsini "Böyük Səs" jurnalında hissə-hissə verməyə başladı.

Qafezezinin tərcüməsinin ikinci hissəsi 1927-ci ildə nəşr edildi. O istəyirdi ki, Qurani-Kərimi 10 kiçik hissədə tərcümə və nəşr etsin ki, hamı həm ala bilsin və həm də hövsələ ilə oxuya bilsin. O, nəzərdə tutduğu 10 hissəsinin 4-ü çap və nəşr etsə də bütün arzusunu həyata keçirə bilmədi.

Quranın tərcüməsinin ikinci hissəsinin çapı səbəb oldu ki, Hafiz İbrahim Daliv 1927-ci ildə Quranın təfsirini "Zübdətu məanil-Quran" adı ilə 7 cilddə çap və nəşr etdi.

1946-cı ildə isə Qurani-Kərimin Bəqərə surəsinin Alban dilinə tərcüməsi İsmayil Həqqi tərəfindən Türk dilinə tərcümə edildi.

Qurani-Kərimin tam şəkildə alban dilinə 1985-ci ildə Fəthi Mahdiv tərcümə etmiş və Kozovoda çap və nəşr etdirmişdir. Fəthidən sonra isə son illərədək Qurani-Kərimin alban dilinə 10 tərcüməsi çap və nəşr edilib.