Qarabağ inciləri-Leylatəpə yaşayış məskəni

Qarabağ inciləri-Leylatəpə yaşayış məskəni

Leylatəpə yaşayış məskəni Qarabağ düzənliyində ətraflı şəkildə öyrənilmiş eneolit dövrü abidələrindən biridir.

Vetenugrunda.az-ın verdiyi xəbərə görə, Abidə Ağdam rayonunun Eyvazlı kəndindən 300 metr şimal-qərbdə, Xındırıstan-Quzanlı şossesinin sol tərəfində yerləşir.

Tədqiqarlar nəticəsində məlum olub ki, abidə həm Azərbaycan, həm də Cənubi Qafqazda mövcud olan eneolit yaşayış məskənlərindən mədəni-xronoloji və istehsal ənənələri baxımından fərqlənir.

Burada 1984-1990-cı illərdə arxeoloq İdeal Nərimanov tərəfindən aparılmış arxeoloji qazıntılar nəticəsində eneolit dövrünün son mərhələsinə aid çoxlu sayda maddi-mədəniyyət nümunələri ilə birlikdə 20 ədəd boyanmış qab parçalarına da rast gəlinib. İdeal Nərimanov bütün bunları nəzərə alaraq Leylatəpə sakinlərinin İkiçayarasından (Mesapotamiyadan) gəlmiş Ubeyd tayfaları olduğu fikrini irəli sürərək Cənubi Qafqaz arxeologiyası üçün yeni olan tədqiqatlarını Leylatəpə mədəniyyəti kimi təqdim edib.