Qarabağ inciləri-Div evləri

Qarabağ inciləri-Div evləri
Tunc dövrünün əvvəllərində və tunc dövründə yaşamış ibtidai insanların inşa etdiyi süni mağaralar olan siklop(təpəgöz) tiklilərin bir çoxu dövrümüzə qədər gəlib çıxmışdır. Dünyanın ən qədim insan mədəniyyətinin, memarlığın formalaşdığı Azərbaycan qədim insan məskənləri ilə dunya tarixinin daş yaddaşına həkk olunmuşdur. Bəşər övladı özünü dərk edərək fiziki imkanlarına bələd olduqca həyat şəraitini yaxşılaşdırmaq üçün müxtəlif vasitələrdən istifadə etməyə çalışmışdır.Bunun üçün birinci növbədə ilk yaşayış yerlərini — mağara, kaha və zağaların şəraitini yaxşılaşdırmağa çalışsada son nəticədə daha yaxşı, daha əlverişli yaşayış yerləri — siklop tikililər inşa etməyə başladılar. Siklop (Təpəgöz tikililər) inşa edilərkən heç bir əhəng-kəc qatışığından istifadə edilməmişdir. Tikintilərin bir hissəsi tunc dövründən əvvəl və yaxud tunc dövrünün əvvəllərində inşa edilmişdir.Bu tikililərin inşası zamanı istifadə olunan daşların heç biri yonulmamıs, əhəng, gəc və başqa qatışıqlardan istifadə edilməmişdir. Siklop(Təpəgöz) tikililərin digər, əsas hissəsi tunc dövründə tikilmişdir. Bu növ tikililərin inşası zamanı daşlar müəyyən qədər yonulmuş, tikintinin inşası zamani müxtəlif alət ve əşyalardan istifadə edilmişdir. Azərbaycan respublikasının ərazisində Böyük Qafqaz sıra daglarının cənub-şərq ətəklərində, Kiçik Qafqaz sıra daglarında, Laçın, Qubadlı rayonlarının, eləcə də Şirvan ərazisində siklop (Təpəgöz) tikililərə rast gəlmək olur. Bu tikililərin bir çoxu günümüzə qədər araşdırılmamíş halda qalmaqdadır. Laçın rayonunun Kürdhacı kəndinin ərazisində Çınqılın yalı adlanan sahədə üç siklop (təpəgöz) tikilisi dövrümüzə qədər öz görkəmini saxlamışdır. Bunlardan ikisi bir-birinə yaxín məsafədə inşa edilmişdir. Tikilinin divarının hörülməsi zamanı heç bir əhəng-gəc və ya başqa qatışıqlardan istifadə edilməmişdir. Tikili inşa edilərkən daşların heç biri yonulmamış, yalnız daşlar seçmə üsulundan istífadə edilərək hörülmüşdür. Bu isə tikililərin tunc dovründən əvvəl inşa edildiyini deməyə əsas verir.Çınqılın yalı Ərazidə siklop(təpəgöz) tikililər inşa edilən yerlər seçilərkən təbii fəlakətlərin baş verə biləcəyi yerlərdən uzaq, şirin su mənbəyinə (bulağa) yaxın məsafədə olması əsas məsələlərdən biri olmuşdur. Hündür təpənin üstündə ki, talada iki skilop (təpəgöz) tikilisi yanaşı, digəri isə onlardan bir xeyli aralı və hündür yerdə inşa edilmişdir ki, bu siklop (təpəgöz) tikilisi digər iki tiklidən xeyli kiçikdir. Aşağı hissədə yerləşən birinci tikilinin yuxarı hissəsi tamamilə dagılsada aşagı divarlar salamat qalmışdır. Bayır hissədən divarlar uçmuş daş qalıqlarının altında qalmış, kənardan uçmuş daşlar görsənir.Lakin otağa üst hissədən daxil olarkən otağın divar hörgüsü çox aydın görünür. Divardakı daşların düzülüşü, baglamaların düzgün verilməsi olduqca ustalıqla aparılmışdır. Yaxınlıqda olan ikinci siklop (təpəgöz) tikilinin isə üst hissəsi tamamilə uçmuş və uçmuş daşların bir hissəsi otağın içərisinə töküldüyündən divarlar nə xaricdən, nə də daxildən görsənmir. Üçüncü siklop(təpəgöz) tikili isə ya tamami ilə uçmuş, yaxud da yarımçıq tikilmişdir. Bu tikili digər iki tikilidən xeyli kiçikdir. Sultan Əhmədoğlu