Qədim Şuşa mətbəxi-"Qırto"

Qədim Şuşa mətbəxi-"Qırto"

Oxucularımıza Şuşa mətbəxinin "Qırto" adlanan yeməyi ilə tanış edəcəyik.

"Qarabağ mətbəxi" kitabında dərc edilən bu yeməyi hazırlamaq üçün

200q. xama

1-2st. süzmə və qatıq (bir qədər acı suyu süzülmüş)

1 ədəd yumurta

1-2x.q. əridilmiş kərə yağı

1 ədəd baş soğan

1 çimdik zəfəran

1 x.q. dolu quru nanə ya da bir dəstə təzə nanə

Duz

Hazırlanması: Süzmə və ya acı suyu bir qədər süzülmüş qatığı xama ilə yaxşıca qarışdırın. Yumurta duz əlavə edib, yenidən qarışdırın.

Soğanı xırda-xırda doğrayıb kərə yağında qızılı rəng alanadək qovrun. Hazır olana yaxın xırda doğranmış nanə və zəfəran əlavə edib yenə 1-2 dəqiqə qovrun. Qatıq xama qarışığı soğana əlavə edilir və qaynayana qədər ara-ara qarışdırılaraq bişirilir.

Qeyd: Duzu kəm olmalıdır, quru nanədən də istifadə etmək olar. Əgər quru nanə istifadə edəcəksinizsə bişməsinə bir qədər qalmış əlavə edin. Bişməsini isə qatıq tamı itdikdə anlayacaqsınız. "Qırto"nu qaynadılmaz vam odda təqribən 60° t-da dəmləyirmiş kimi bişirəcəksiniz. Nuş olsun!