Özbəkistanda dünyanın ilk halal aşpazlıq müsabiqəsi keçiriləcək

Özbəkistanda dünyanın ilk halal aşpazlıq müsabiqəsi keçiriləcək

Ümumdünya Restoran İdmanı Federasiyası (ÜRİF) restoran idmanı üzrə dünyada ilk halal çempionatın keçirələciyini elan edib.

Xarici mediaya istinadən xəbər verir ki, Ümumdünya Restoran İdmanı Federasiyası (ÜRİF) restoran idmanı üzrə dünyada ilk halal çempionatın keçirələciyini elan edib.

Müsabiqə 2022-ci ilin 22-24 fevral tarixlərində Özbəkistanda keçiriləcək.

ÜRİF dünyanın 36 ölkəsinin milli federasiyalarını özündə birləşdirir.

Müsabiqədə iştirak üçün ərizələrin qəbulu isə davam etməkdədir.

Bildirilir ki, 2018-ci ilin sonunda Özbəkistandan olan komanda İstanbulda müsəlman ölkələri arasında keçirilən aşpazlıq çempionatında 1-ci yeri tutmuşdu. Aparıcı aşpazlar halal təamların hazırlanmasında yarışırdılar.