Onun tilavətinə qulaq asaraq 18 amerikalı müsəlman oldu

Onun tilavətinə qulaq asaraq 18 amerikalı müsəlman oldu

Bu məşhur misrli Quran qarisinin gözəl tilavəti yüzlərlə insanı dinə və Quran cəzb edib, hətta qeyri-müsəlmanlar ona qulaq asaraq müsəlman olublar.

Sentyabr ayının 17-də İslam dünyası və Misrin məşhur Quran qarisi və tərtil tilavəti ustadı Şeyx Mahmud Xəlil Hüsərinin anadan olmasının 140-cı ildönümü keçirilib.

Şeyx Mahmud Xəlil Hüsəri 1917-ci ilin Sentyabr ayının 17-də (Zil-Hiccə, 1335 hq) Misrin Ğərbiyyə əyalətinin Tənta şəhərinin Şəbra-Nəmlə kəndində anadan olub.

Hüsəri Qurani-Kərimi Həfsin Asimdən rəvayəti əsasında tərtil ilə audiosunu yazan ilk qaridir.

O, Misrin Quran Qariləri Birliyini təsis edib, həmçinin Qahirədə Quran Hifzi məktəbi və məscid tikdirib.

Şeyx Hüsəri 1965-ci ildə 10 gün Fransanın paytaxtı Paris şəhərində Quran tilavət edib. Onun tilavətlərini dinləyən 10 nəfər fransalı İslam dinini qəbul edib.

Bundan əlavə onun səsi ilə 18 amerikalı İslamı qəbul edib ki, onların arasında 2 həkim və 3 mühəndis də var.

San-Fransisko şəhərində amerikalı xristian bir xamın Şeyxə yaxınlaşır və ayələrin mənasını bilməsə də onun tilavələtirinin ruhuna təsir qoyduğunu deyir.

Şeyx Hüsəri vəsiyyət edib ki, onun malının 3-dən birini vətəni Şəbra-Nəmlə kəndində Qurana xidmət, ümumi sədəqə, mədrəsə, məscid və dini mərkəzlərə istifadə etsinlər.

Övladları deyirlər ki, atamız bizə cib xərcliyini Quran hifzimizin miqdarına görə verirdi.

Bu məşhur Quran qarisi bir ömür İlahi kitaba xidmət etdikdən sonra 1980-cı ilin Noyabr ayının 24-də, 63 yaşında ikən, İşa namazından sonra vəfat edib.