Növbəti "Xarıbülbül" festivalının vaxtı açıqlanıb

Növbəti "Xarıbülbül" festivalının vaxtı açıqlanıb

"Şuşa İli"nin ilk böyük tədbiri "Xarıbülbü" Beynəlxalq Folklor Festivalı olacaq

Bunu açıqlamasında Mədəniyyət Nazirliyi Media və kommunikasiya şöbəsinin müdiri Məryəm Qafarzadə bildirib.

O qeyd edib ki, tədbir Mədəniyyət Nazirliyi, Heydər Əliyev Fondu və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin təşkilatçılığı ilə may ayında keçiriləcək: "İyul ayında Şuşada növbəti Vaqif Poeziya Günlərinin, iyul-avqust aylarında "Muğam" Televiziya Müsabiqəsinin final mərhələsinin və qaliblərin qala-konsertinin keçirilməsi planlaşdırılır. Həmçinin il ərzində "Şuşa – 2022" beynəlxalq incəsənət, "Şuşanın 4 fəsli" ("4 seasons of Shusha") adlı beynəlxalq fotoqrafiya festivallarının və s. keçirilməsi nəzərdə tutulur".