Moskvada "İbrahim dinlərinin sənəti" sərgisi keçirilib

Moskvada "İbrahim dinlərinin sənəti" sərgisi keçirilib

Bu yaxınlarda Rusiya Elmlər Akademiyasının Fəlsəfə İnstitutunda "İbrahimi dinlərinin sənəti" adlı sərgi keçirilib.

İbn Sina adına İslam Araşdırmaları Fondunun dəstəyi və Rusiya Elmlər Akademiyasının Fəlsəfə İnstitutu ilə əməkdaşlıq çərçivəsində bu institutda "İbrahim dinlərinin sənəti" sərgisi keçirilib.

Bu sərginin keçirilməsində məqsəd incəsənəti müxtəlif dinlər və məzhəblər üçün birləşdirici element kimi tanıtmaq idi. Həmçinin İslam incəsənəti sahəsində sənətkarlara, tədqiqatçılara və ustadlara dəstək olmaq idi.

Bu sərgi habelə İslam alimi, İbn Sina Fondunun elmi işçisi və İslam incəsənəti sahəsində tədqiqatçı Mayis Nəzərlinin xatirəsini əziz tutmaq üçün təşkil edilmişdi. Moskva Böyük Məscidinin sənətkar və memarlarından biri olan Xaylov da bu sərgidə sənət əsərlərini sərgiləyib.

Tədbirdə Rusiya Elmlər Akademiyasının Fəlsəfə İnstitutunun prezidenti, professor Andrey Smirnov, çıxış edib. O, İbn Sina Fondunun fəlsəfi, mistik, bədii və dinlərarası məsələlərə göstərdiyi davamlı dəstəyini yüksək qiymətləndirib. O, belə sərgilərin keçirilməsinin İbrahimi dinlərin təlimlərini daha çox dərk etməyə və dərindən tanımağa səbəb olacağını bildirib.

Mərasimdə Sinay Fondunun rəhbəri Həmid Hədəvinin mesajı da oxunub. O, institutun məsullarına və sərginin keçirilməsində əməkdaşlığa görə təşəkkür edərək deyib: "Dinləri birləşdirən yollardan biri də sənət dilidir ki, rəhmətlik Nəzərli bu məsələni yaxşı anlayıb və ona əhəmiyyət verib."

Daha sonra ustad və tədqiqatçılar məruzələrlə çıxış ediblər. Sonda İbn Sina Fondunun dəstəyi ilə hazırlanan və İslam xəttatlığı mövzusundan bəhs edən "Nöqtə" sənədli filmi tamaşaçılara nümayiş etdirilib.