Məscidul-Həramda Quran sərgisi açıldı

Məscidul-Həramda Quran sərgisi açıldı

Səudiyyə Ərəbistanın Hərəmeyni-Şərifeynin (Məscidul-Həram və Məscidun-Nəbi) İşləri İdarəsinin Baş Qərargahı Rəisinin iştirakı ilə Kəbə evində Quran sərgisi açılıb.

Bu barədə mıscidin İşləri İdarəsinin Baş Qərargahı Rəisi Əbdür-Rəhman əs-Südeys bu barədə deyib: Allahın kitabına yeni texnologiya vasitəsi ilə xidmət etmək hədəfi ilə Məscidul-Həramda Quran sərgisi fəaliyyətə başlayıb.

Sərgidə Quran proqramı təminatı istifadəçilərinin rahatlığı üçün aplikasiya və barkodlardan istifadə edilib.

O əlavə edib: Belə sərgilərin keçirilməsinə səbəb məsulların Quranın tərcümə və təfsirinə verdiyi önəm və əhəmiyyətdir.

Hər gün günorta saat 12:00-dan gecə saat 02:00-dək fəaliyyət göstərən Quran sərgisində Quranın müxtəlif dillərə tərcümləri, Quran təminatı proqramları, elektron Quran nüsxələri, əlyazma Quran nüsxələri, Kəbə evinə aid əşyalar və sair nümayiş olunur.