"İslam qorxusu" adlı kitab Almaniyada

"İslam qorxusu" adlı kitab Almaniyada

"İslam qorxusu" kitabı, Almaniyada ingilis dilində çıxan son nəşrlərdən biridir. Bu kitab, anti-İslam düşüncəsinin təsirini təsvir etmək üçün 2021-ci ildə nəşr edilmişdir.

"İslam qorxusu"Avropa ölkələrində dini inanclar, xüsusilə də islami inanclar ətrafında müzakirələr, ciddi problemə çevrilib. Hazırda, media və sosial şəbəkələrdə bəzi dinlər, xüsusilə də İslam dini haqqında stereotiplər, yanlış məlumatlar var.

Hətta Avropadakı ifrat sağçı qruplar uşaq və yeniyetmələrin şüuruna da təsir etməyə çalışırlar. Bu yolda istənilən hər üsuldan istifadə edirlər.

Müsəlmanlar isə Avropanın bütün yaş qruplarına İslam qorxusunun qitədə nə qədər parçalanmaya səbəb olacağını göstərməyə çalışırlar.

Səfiyyə Saleh, 2021-ci ildə "İslam qorxusu" kitabını nəşr etməklə Avropa cəmiyyətində yeniyetmələrin və onların ailələrinin İslam qorxusu ilə bağlı baxışını açmağa çalışan müəlliflərdən biridir. Bu kitab, Almaniyaya yeni gəlib. Avropada yeniyetmələr arasında anti-islam düşüncəsinin yayılmasının hansı nəticələrə səbəb ola biləcəyini yaxşı göstərir.

Bu kitab, 32 səhifədən ibarətdir. İngilis dilində yazılmışdır. Bu kitab, dünyanın ən böyük onlayn kitab mağazası olan "Amazon" saytında insanlara tanıtdırılmışdır.