Hyustonda İslam sənətləri Festivalı keçiriləcək

Hyustonda İslam sənətləri Festivalı keçiriləcək

Texas ştatının Hyuston şəhərində 8-ci İslam Sənətləri Festivalı keçiriləcək.

Bu Festival, Texasın Hyuston şəhərinin Spring bölgəsindəki "Əs-Salam" məscidində insanların iştirakı ilə keçirilir. Maraqlananlar onlayn olaraq da qoşula bilərlər.

Bu festival 12 dekabr bazar günü keçiriləcək. Bu Festivalda ABŞ-ın hər yerindən məşhur sənətkarların əsərləri nümayiş olunacaq. Ziyarətçilər möhtəşəm sənət əsərlərini onlayn almaq və festival zalında onlara baxmaq imkanı əldə edəcəklər.

Bu məlumata əsasən, festival çərçivəsində xəttatlıq və uşaqlara məxsus sənət fəaliyyətləri kimi istiqamətlərdə interaktiv üzbəüz görüşlər keçiriləcək.