Husban bin Əhməd Ali Ənizin Ginnesin "Rekordlar" kitabına düşə bilər

Husban bin Əhməd Ali Ənizin Ginnesin "Rekordlar" kitabına düşə bilər

Quranı mərmərə həkk edən müsəlman Ginnesin Rekordlar kitabına düşə bilər.

Səudiyyə Ərəbistanından olan heykəltəraş Husban bin Əhməd Ali Ənizinin adı Ginnesin Rekordlar Kitabına daxil edilə bilər.

Adıçəkilən heykəltəraş Qurani-Kərimin bütün mətnini mərmərə həkk edib.

Sənətkar çoxlu zəhmət və diqqət tələb edən bu işi – 114 surənin daş üzərinə həkk edilişini 8 ilə başa çatdırıb.

O, özünün bu möhtəşəm işində yaşıl çalarlı mərmərdən və Osmani şriftindən istifadə edib.

Müsəlman heykəltəraş müsəlmanların müqəddəs kitabının bütün mətnini həkk etmək üçün 30 mərmər plitədən istifadə edib.

Ali Ənizi jurnalistlərlə söhbəti zamanı deyib ki, peşə yoluna 2000-ci illərdə başlayıb və daş üzərində həkk etdiyi ilk kitab da dini kitab olub.

Onun sözlərinə görə, ərəbistanlı sənətkarların vətəni hesab edilən doğra Tabuk şəhərində incəsənət məktəbi açmağı planlaşdırır.