Hadrutda aşkarlanan ikona Bakıda Kilsəyə təqdim edildi

Hadrutda aşkarlanan ikona Bakıda Kilsəyə təqdim edildi

İkona Rus Pravoslav Kilsəsinin Azərbaycan və Bakı üzrə arxiyepiskopu Aleksandra təhvil verilib. O, isə öz növbəsində əmin edib ki, dini atribut Bakı Provaslav Kilsəsində layiqli yerini tutacaq

Azərbaycan ordusunun istifadə etdiyi ağır texnikanın təmiri ilə məşğul olan "Turan" şirkətinin direktoru Səfər Səfərli erməni işğalından azad olunmuş Hadrut qəsəbəsindən tapılmış və üzərində İsa Məsihin təsviri olan ikonanı Rus Pravoslav Kilsəsinin Bakı arxiyepiskopuna təhvil verib.

Səfərli bildirib ki, ikona Hadrutda aparılan təmir işləri vaxtı aşkar olunub. Dini atribut tamamilə təsadüfən palçığın içindən tapılıb. İkona təmizlənrək Bakıya gətirilib ki, kilsəyə təhvil verilsin.

"Azərbaycanda həm islam, həm də xristian dininin müqəddəs atributlarına eyni dərəcədə hörmətlə yanaşılır", – deyə Səfərli qeyd edib.

İkona Rus Pravoslav Kilsəsinin Azərbaycan və Bakı üzrə arxiyepiskopu Aleksandra təhvil verilib. O isə öz növbəsində əmin edib ki, dini atribut Bakı Provaslav Kilsəsində layiqli yerini tutacaq.

Kilsə əməkdaşlarının sözlərinə görə, ikonanın təxminən 150 yaşı var. Onun üzərinə xüsusi texnika ilə əlində kitab tutmuş İsa Məsihin təsviri həkk olunub. Kitabın üzərindəki yazı qədim slavyan dilində yazılıb və orada bu sözlər öz əksini tapıb: "Ey ehtiyac və dərd sahibləri, mənə tərəf gəlin, sizi əbədi rahatlığa qovuşduracağam". (sputnik)