Gürcüstanlı qonaqlar Şuşanı ziyarət ediblər

Gürcüstanlı qonaqlar Şuşanı ziyarət ediblər

Ötən gün Füzuli və Cəbrayılda qonaq olan Gürcüstanın mədəniyyət xadimləri Şuşaya səfər edib. 

Mədəniyyət xadimləri, ekoloqlar, türkoloqlar və bloqerlərdən ibarət nümayəndə heyəti səfər çərçivəsində Cıdır düzündə olublar. Qala divarlarını, şəhərin mərkəzi meydanını ziyarət edən qonaqlar Şuşanın digər tarixi, dini, memarlıq abidələri llə tanış olacaqlar.