Dünya şöhrətli fotoqraf "tövləyə çevrilmiş məscidlər"i çəkdi

Dünya şöhrətli fotoqraf "tövləyə çevrilmiş məscidlər"i çəkdi

Rza Diqqəti: "Qarabağda dağıdılmış qəbiristanlıqlar, tövləyə çevrilmiş məscidlər..."

Birinci Qarabağ savaşında Xocalıda və digər işğala məruz qalan bölgələrimizdə etdiyi çəklişlərlə ermənilərin təhdidlərinə məruz qalan dünya şöhrətli fotoqraf Rza Diqqəti yenə də bizimlədir.

Vetenugrunda.az-ın verdiyi xəbərə görə, Rza Diqqəti işğaldan azad edilən torpaqlarımızdakı tarixi abidələrimizi, ermənilərin tövləyə çevirdikləri məscidlərimizdən etdiyi çəklişlərlə yenə diqqət mərkəzindədir.

Tanınmış fotoqrafın sosail şəbəkələrdə paylaşdığı dinc bölgələrimizdə ermənilərin atdığı raketlərin məhv etdiyi həyatların təsviri dünyaya haqq səsimizi çatdırmağa dəstək olur:

İran əsilli fransalı fotoqraf Rza Diqqəti öz "Facebook" səhifəsində yazıb: "Mədəni, mənəvi, dini irsə qarşı təcavüz qəbuledilməzdir. Son bir neçə gün ərzində mən Qarabağda dağıdılmış qəbiristanlıqlar, yandırılmış evlər və tövləyə çevrilmiş məscidlər gördüm".

Ağdam rayonundakı dağıntıların şəkillərini paylaşan fotoqraf 18-ci əsrə aid məsciddə ermənilərin inək saxladığını bildirib: 

"Bölgəni tərk etməzdən qabaq işğalçı apara bildiyini götürüb və məscidi yandırıb. Bərpa və rekonstruksiya uzun bir proses olacaq".