Buruqları, yaylağı, yamyaşıldır oylağı...

Buruqları, yaylağı, yamyaşıldır oylağı...

VƏTƏN

Vətən bizim anamız,

Vətən bizim yuvamız.

Bizə qol-qanad gərən,

Müqəddəs məkanımız.

Buruqları, yaylağı,

Yamyaşıldır oylağı.

Dənizləri, gölləri,

Bitmir gözəllikləri.

Bərəkətli torpağı,

İgid, mərd oğulları.

Ceyrangözlü qızları,

Bu vətən övladları.

Bu vətəndə yetiriş,

Müəllimlər, həkimlər.

Bu vətəndə yetişir,

Yazıçılar, şairlər

Vətənimin fəxridir, 

Dahi şəxsiyyətləri.

Unudulmur heç zaman,

Vətənim yad eləyir.

Üçrəngli bayrağıyla,

Tanınır vətənimiz.

Valeh edir hamını,

Azərbaycan bayrağı.

Budur mənim Vətənim,

Azərbaycan dövlətim,

Fəxr edirəm hər zaman

Bu vətən övladıyam

 BAYRAQ

Azərbaycan bayrağı,

Yüksəklərə qalxdıqca.

Tanınır dövlətimiz,

Bu an fəxr edirik biz.

Nə gözəl rəngləri var,

Qürurla söyləyirik.

Ayparanı, ulduzu,

Fərəhlə izləyirik.

Bu bayraq sayəsində,

Dövlətimiz tanınır.

Yüksəklərə qalxdıqca,

Dəniztək dalğalanır

Üçrəngli bayrağımız,

İnanırıq hamımız

Hər gün dalğalanacaq

Qarabağa, Şüşada

Xəlilli Xədicə Ramil qızı

Sumqayıt şəhər 13 nömrəli orta məktəbin 7b sinif şagirdi