"Putin" ləqəbli pələng ABŞ-da ürəktutmasından öldü

"Putin" ləqəbli pələng ABŞ-da ürəktutmasından öldü

 ABŞ-ın Minnesota ştatındakı zooparkda "Putin" ləqəbli Amur pələngi ölüb. Bu barədə "Amerikanın Səsi" Minnesota Zooparkına istinadla məlumat yayıb.

Qeyd olunur ki, 12 yaşlı pələng adi tibbi prosedur zamanı infarkt keçirib. Baytarların, heyvandarlıq mütəxəssislərinin və zoopark işçilərinin səylərinə baxmayaraq, "Putin" ürək çatışmazlığından ölüb.