Donuz ürəyi köçürülən xəstə iki ay sonra vəfat etdi 

Donuz ürəyi köçürülən xəstə iki ay sonra vəfat etdi 

Uğurlu əməliyyatdan iki ay sonra, 57 yaşlı ABŞ sakini Devid Bennet Merilend Universitetinin Tibb Mərkəzində dünyasını dəyişib.

Yanvarın əvvəlində yerli cərrahlar ona donuz ürəyini köçürüblər.

Bu, heyvandan insana ilk belə orqan transplantasiyası olub.

Ölümün dəqiq səbəbi məlum deyil.

Həkimlərin sözlərinə görə, kişinin vəziyyəti bir neçə gün əvvəl pisləşməyə başlayıb. Əməliyyatdan sonra ürək sürətlə kök salıb və normal fəaliyyət göstərməyə başlayıb.(sağlamolun.az)