Zirəddin Bayramov erməniyə qalib gəlib Avropa çempionu oldu

Zirəddin Bayramov erməniyə qalib gəlib Avropa çempionu oldu

Azərbaycanın sərbəst güləşçisi Zirəddin Bayramov Bolqarıstanın Plovdiv şəhərində keçirilən U-23 Avropa çempionatında qızıl medal qazanıb.

65 kq çəki dərəcəsində çıxış edən idmançı finalda Ermənistan təmsilçisi Qraçya Marqaryanla üz-üzə gəlib. Advertisement

Rəqibinə 4:1 hesabı ilə qalib gələn Bayramov Avropa çempionatının qalibi olub.

57 kq-dakı Tofiq Əliyev bolqar İvaylo Tisovu məğlub edərək bürünc medala sahib çıxıb.

Qeyd edək ki, bu gün həmçinin İslam İlyasov (97 kq) qızıl, Əşrəf Aşırov (79 kq) bürünc medal uğrunda görüşə çıxacaq.