UEFA prezidenti ən yaxşı futbolçunun adını açıqlayıb

UEFA prezidenti ən yaxşı futbolçunun adını açıqlayıb

Ən yaxşı futbolçu nə Messidir, nə də Ronaldo...

UEFA-nın prezidenti Aleksander Çeferin Fransa Futbol Federasiyasının qonağı olduğu zaman dünyanın ən yaxşı futbolçusununun adını açıqlayıb.

Prezident yalnız fransalı futbolçular barədə danışıb: "Mənim üçün Mişel Platini öz dövrünün ən yaxşısı və ya dünyanın ən yaxşılarından biri olub. Sonralar Zinədddin Zidan də əla oyunçu olub. Mənim fikrimcə, yəqin ki, Kilian Mbappe hazırda dünyanın ən yaxşı oyunçusudur".

Qeyd edək ki, "France Footbal" nəşri tərəfindən ən yaxşı futbolçulara verilən "Ballon d`Or" mükafatı uğrunda mübarizədə Mbappe 9-cu yerdə qərarlaşıb. Mükafatı "PSJ"nin argentinalı superulduzu Leo Messi qazanıb.