Terimdən "Neftçi"yə sevgi mesajı

Terimdən "Neftçi"yə sevgi mesajı

Avqustun 1-də Avropa Liqasında II təsnifat mərhələsinin püşkü atılıb və Türkiyənin "Qalatasaray" klubu "Neftçi"yə rəqib olub. Qarşılaşma sentyabrın 17-də Bakıda baş tutacaq.

Püşkatmanı canlı izləyən "Qalatasaray"ın baş məşqçisi Fatih Terim rəqibinin "Neftçi" olduğunu öyrənincə "Yaxşıdır. Heç olmasa, həmyerlilərimizi, candaşlarımızı tapdıq", - deyib.