SOCAR son 11 ildə AFFA-ya 133 milyon manat ayırıb

SOCAR son 11 ildə AFFA-ya 133 milyon manat ayırıb

AFFA prezidenti Rövnəq Abdullayev SOCAR-da da tutduğu eyni vəzifədən ayrılıb

Təxminən 14 il hər iki quruma paralel rəhbərlik edib.

Bu illər ərzində AFFA-nın əsas gəlir mənbəyi məhz SOCAR olub. Şirkəti sponsoru olduğu assosiasiyaya böyük vəsaitlər ayırıb.

Təkcə son 11 ildə SOCAR-dan AFFA-ya verilən vəsaitlərə baxmaq kifayətdir. Apasport.az saytının hesablamasına əsasən, bu müddətdə futbolumuza 132 milyon 771 min 400 manat ayrılıb.

Rekord rəqəm 2013-cü ilə təsadüf edib. Həmin vaxt neft şirkəti futbola 18 milyon yatırıb. Son 11 ilin antirekordu isə 2017-ci ildə olub. Həmin vaxt bu məbləğ 7 rəqəmlə ifadə olunub, yəni 10 milyon həddinə çatmayıb.

Qeyd edək ki, Abdullayev 2005-ci ildən 2022-ci ilədək SOCAR-a rəhbərlik edib. O, 2008-ci ilin martından AFFA prezidentidir. Abdullayev sonuncu dəfə 2020-ci ildə 4 il müddətinə bu vəzifəyə seçilib.

SOCAR-dan AFFA-ya ayrılan vəsaitlər (illər üzrə)

2011 - 11109000

2012 - 10923500

2013 - 18000000

2014 - 14000000

2015 - 12900000

2016 - 11189490

2017 - 8234150

2018 - 11050500

2019 - 11964760

2020 - 11400000

2021 - 12000000

Cəmi - 132771400