"Real Madrid" yenidən futbolçuların maaşını azaldır 

"Real Madrid" yenidən futbolçuların maaşını azaldır 

İspaniya "Real Madrid"i futbolçuların və əməkdaşlarının məvacibini növbəti dəfə azaltmaq variantını nəzərdən keçirir.

"Report" ESPN nəşrinə istinadən xəbər verir ki, klub rəhbərliyi bunu koronavirus pandemiyasının səbəb olduğu böhrandan çıxmaq üçün ən yaxşı vasitə hesab edir.

"Kral klubu"nda ilk maaş azalması aprel ayında baş verib. Rəhbərlik hələlik yeni qərarını futbolçulara açıqlamayıb.