Prezident Azərbaycan Minifutbol Federasiyasına bir milyon manat ayırdı

Prezident Azərbaycan Minifutbol Federasiyasına bir milyon manat ayırdı

Prezident İlham Əliyev Azərbaycan Minifutbol Federasiyasına maliyyə dəstəyi göstərilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamla Azərbaycan milli yığma komandasının 2022-ci il minifutbol üzrə Avropa çempionu olması ilə əlaqədar Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Azərbaycan Minifutbol Federasiyasına bir milyon manat ayrılıb.