Maradonanı xəstəxanada tək qoymadılar

Maradonanı xəstəxanada tək qoymadılar
Xroniki subdural hematoma diaqnozu ilə xəstəxanaya yerləşdirilən Argentinanın “Ximnasiya” klubunun baş məşqçisi Dieqo Maradona beyin əməliyyatı keçirib. Əfsanəvi futbolçu Buenos-Ayresdə dəstəksiz qalmayıb. Onlarla azarkeş xəstəxananın qarşısına toplaşaraq 60 yaşlı mütəxəssisə dəstək olub. Pərəstişkarlar xəstəxananın həyətinə bayraqlar, plakatlar və Maradonanın şəkli olan köynəklərlə toplaşaraq mahnılar oxuyublar. Qeyd edək ki, Maradonanın şəxsi həkimi 1 saat 20 dəqiqə çəkən əməliyyatın uğurlu keçdiyini, argentinalının səhhətinin yaxşı olduğunu açıqlayıb.(apasport)