Koronavirusa görə 500 milyon dollar itirdi

Koronavirusa görə 500 milyon dollar itirdi

500 milyon dollar itirdi – koronavirusa görə Koronavirus pandemiyasının ən böyük zərər vurduğu şəxslərdən biri MBA-nın əfsanəvi basketbolçusu Maykl Cordandır.

Sabiq idmançı yaranmış maliyyə böhranı dönəmində 500 milyon dollar itirib.

Çoxları tərəfindən MBA tarixinin ən yaxşısı hesab edilən Cordanın 2,1 milyard dollarlıq sərvətində azalma müşahidə olunub. Bunun böyük hissəsi "Gamestop"dakı səhmlərinin azalması sayəsində baş verib.

Hazırda sərvəti 1,6 milyard dollar olan altıqat MBA çempionu ABŞ-ın ən zəngin 500 iş adamından biridir. (apasport)