İki taekvondoçumuz Avropa çempionu olub

İki taekvondoçumuz Avropa çempionu olub

 Azərbaycanın daha 2 taekvondoçusu Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən gənclər arasında Avropa çempionatında medal qazanıb.

Federasiyanın mətbuat xidmətindən verilən məlumata görə, Səyyad Dadaşov (51 kq) və Zemfira Həsənzadə (42 kq) bütün rəqiblərinə qalib gələrək qitə çempionu olub.

Qeyd edək ki, noyabrın 12-15-də keçiriləcək yarışda ölkəmizi 15 idmançı təmsil edir. Belə ki, Məmməd Abdullayev və Zahid Məmmədovun yetirmələrindən oğlanların yarışında Pünhan Mürsəlov (45 kq), Rahid Vəliyev (48 kq), Səyyad Dadaşov (51 kq), Yusif Qurbanov (55 kq), Fərid Əliyev (59 kq), Nicat İsmayılzadə (63 kq), Nizami Hacıyev (68 kq), Eltac Qafarov (73 kq) iştirak edəcəklər. Qızların turnirində isə Zemfira Həsənzadə (42 kq), Məryəm Məmmədova (44 kq), Sona Aqayeva (46 kq), Aysu Mammadova (49 kq), Leyla Bəşirova (52 kq), Meylin Məmmədova (55 kq) və Fatima Macidova (59 kq) mübarizə aparacaqlar.

Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Niyaməddin Paşayevin rəhbərliyi ilə Bosniya və Herseqovinaya yola düşən komanda ilə birlikdə turnirdə beynəlxalq dərəcəli hakim Aygül Abdullayeva da ölkəmizi təmsil edəcək.

Millimiz noyabrın 16-da Vətənə dönəcək..