Basketbolçu Kayri İrvinq oruc tutmasından danışdı

Basketbolçu Kayri İrvinq oruc tutmasından danışdı

"Brooklyn Nets" komandasında çıxış edən məşhur avstraliyalı və ABŞ-lı peşəkar basketbolçu Kayri İrvinq Ramazan ayında tutduğu oruc barədə danışıb.

O deyib ki, oruc tutmaq üçün gündəlik nizamına dəyişikliklər edib.

"Ramazan ayında mən bacı və qardaşlarım və digər müsəlmanlarla birlikdə oruc tuturam. Allah üçün olan bu ibadəti yerinə yetirirəm", – deyə o qeyd edib.

Qeyd edək ki, İrvinq yenilikcə İslam dinini qəbul edib.

"Mən xoşbəxtəm ki, bu insanların cəmiyyətindəyəm və düzdün şeyləri edirəm. Bunun da bir hissəsi orucdur", – deyə o qeyd.

İdmançı əlavə edib ki, oruc tutduğu üçün “xoşbəxt və minnətdardır".