Azərbaycan doqquzuncu qızıl medalı qazanıb

Azərbaycan doqquzuncu qızıl medalı qazanıb

Tokio-2020 Yay Paralimpiya Oyunlarında Azərbaycan idmançıları 9-cu qızıl medalı qazanıb

Vetenugrunda.az-ın verdiyi xəbərə görə, 9-cu qızıl medalı qazandıran qadın cüdoçumuz Dürsədəf Kərimova (+70 kq) finalda Zarina Baybatinaya (Qazaxıstan) qalib gəlib. 

8-ci qızıl medalı millimizin heyətində Elvin Astanov əldə edib.

O, nüvə atma yarışında 8,77 m nəticə ilə birinci yeri tutub və fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Astanov bu göstərici ilə yeni dünya rekordu da müəyyənləşdirib.

7-ci qızıl medalı atletikanın nizəatma növündə qeydə alınıb.

Həmid Heydəri 51.42 metr nəticə göstərməklə dünya rekordunu qırıb və qızıl medal qazanıb.

6-cı qızılın sahibi Cüdoçumuz Hüseyn Rəhimlidir. O, 81 kiloqram çəki dərəcəsində çıxış edən təmsilçimiz ilk görüşdə Böyük Britaniya idmançısı Daniel Povelə qalib gələrək yarımfinala yüksəlib. Koreya Respublikasından olan Jung Min Lunu məğlub edən təmsilçimiz finalda özbəkistanlı Davurxon Karomatov ilə qarşılaşıb. Rəqibindən üstün olan H.Rəhimli Paralimpiadada fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Azərbaycan komandasına Tokio Paralimpiadasında beşinci qızıl medalını qadın paracüdoçumuz Xanım Hüseynova (63 kq) qazandırıb. O, startda yaponiyalı Hiroko Kudodan üstün olub. Çinli Yue Vanqı da tatamidən məyus yola salan idmançımız finalda ukraynalı İrina Husiyeva ilə qarşılaşıb. Gərgin idman mübarizəsi şəraitində keçən görüşdə paracüdoçumuz qalib gələrək Paralimpiya çempionu adını qazanıb

Paracüdoçular Şəhanə Hacıyeva (48 kiloqram), Vüqar Şirinli (60 kiloqram), Sevda Vəliyeva (52 kiloqram), Xanım Hüseynova (63 kq) qızıl medal qazanan idmanşılarımızdır.