160 milyonluq müqavilə

160 milyonluq müqavilə

Halandı "Dortmund"dan ovlamaq üçün "Real"dan 160 milyon avro

Bir İspaniya nəşri iddia edibdir ki, Madridin "Real" futbol klubu "Borrusia Dortmund" klubundan Erlinq Braut Halandı satın almağa hazırdır. 

2020-ci ilin yanvar ayının əvvəlindən "Dortmund"a gəlmiş Haland sarıköynəklilərlə 2024-cü ilədək müqavilə bağlayıb.

O, ötən aylarda böyük Avropa klublarının radarlarına düşübdür. Amma hazırda belə görünür ki, Madridin "Real" futbol klubu iyirmi yaşlı norveçli bombardiri cəzb etmək üçün başqalarından daha ciddi şəkildə səy göstərir.

ABC qəzetinin bugünkü məlumatına görə, "Real"ın müdiriyyəti Haland-ın satın alınmasını təsdiq edib və hətta bu işə yüz iyirmi milyon avroluq büdcə ayıracaq.

Əlbəttə, bu transfer işinin düzəlməsi üçün onun proqram müdiri Mino Rayola üçün otuz milyon, Halandın atası Alef İnge üçün də on milyon avro nəzərdə tutubdur.