Qızıl yataqlarında qazıntı işləri ilə bağlı müqavilə imzalanıb? - "AzerGold"

Qızıl yataqlarında qazıntı işləri ilə bağlı müqavilə imzalanıb? - "AzerGold"

Qızıl yataqlarında qazıntı işləri ilə bağlı müqavilə imzalanıb? - "AzerGold"dan AÇIQLAMA 

Bu gün bəzi yerli kütləvi infomasiya vasitələrində "AzerGold" Qapalı Səhmdar Cəmiyyəti və xarici şirkətlə birgə konsorsiumun təsis edilməsi və işğaldan azad edilən ərazilərdə qazıntı işlərinin aparılmasına dair planların olması haqqında xəbərlər yayılıb.

Qurumdan verilən məlumatda bildirilir ki, ölkəmizdə qızılçıxarma sənayesinin yaradılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasının bir sıra qızıl yataqlarının kəşfiyyatı və işlənməsi barədə " 1996-cı il 5 fevral tarixli Sərəncamına uyğun olaraq 1997-ci il avqustun 20-də keçmiş "Azərqızıl" dövlət şirkəti ilə ABŞ-ın "RV Investment Group Sevrvices LLS" arasında Kəlbəcər rayonun Zod (Söyüdlü), Qızılbulaq və Zəngilan rayonunun Vejnəli qızıl yataqlarının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş imzalanıb.

Güman edilir ki, sözügedən ləğv edilmiş "Azərqızıl" dövlət şirkəti ilə "AzerGold" QSC assosiasiya edilərək səhvə yol verilib. Adları çəkilən yataqların işlənməsi ilə bağlı QSC-yə indiyədək hər hansı bir müraciət daxil olmayıb.

Qeyd edək ki, bu gün KİV-də Zəngilandakı Vejnəli və Kəlbəcərdəki Zod qızıl yataqlarında qazıntı işlərinin aparılmasına dair müqavilələr imzalanması ilə bağlı xəbərlər yayılıb. Bunu Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) təşkilatçılığı ilə Qarabağın gələcək iqtisadiyyatına həsr olunmuş müzakirələrdə çıxışı zamanı millət vəkili Tahir Mirkişili deyib.