Qazaxıstan Azərbaycandan pomidor idxalını dayandırdı

Qazaxıstan Azərbaycandan pomidor idxalını dayandırdı

Bu barədə Qazaxıstanın Kənd Təsərrüfatı Nazirliyi bildirib.

Qeyd olunur ki, yanvarın 2-dən 12-dək Azərbaycandan idxal olunan pomidorlarda qəhvəyi meyvə qırışı virusu aşkar edilib.

Vetenugrunda.az-ın verdiyi xəbərə görə,idxalın dayandırılması qərarı yanvarın 16-da qəbul edilib. Qadağa müvəqqəti xarakter daşıyır.

Xatırladaq ki Rusiya da virus səbəbi ilə Azərbaycandan pomidor idxalına qadağa qoymuşdu.

Qəhvəyi meyvə qırışı virusu (ToBRFV) ilk dəfə 2015-ci ildə İordaniya və İsraildə aşkar edilib və bütün dünyaya sürətlə yayılıb. Tobamovirus cinsindən olan bu bitki virusu daha çox pomidor və bibərdə rast gəlinir. Virusun əlamətləri isə tərəvəzlərin yarpaqlarnda czılmış mozaika, həmçinin qəhvəyi qırışmış ləkələr şəklində müşahidə edilir.