Qaçqınlar və məcburi köçkünlərə 15,5 milyon manat vəsait ayrılacaq

Qaçqınlar və məcburi köçkünlərə 15,5 milyon manat vəsait ayrılacaq

Gələn ilin dövlət büdcəsində qaçqınlar və məcburi köçkünlərin sosial müdafiəsinə bu qədər vəsait ayrılacaq

Qaçqınların və məcburi köçkünlərin sosial müdafiəsinin təmin edilməsi məqsədilə növbəti ilin dövlət büdcəsində 364,4 milyon manat vəsaitin ayrılması nəzərdə tutulub.

Pravda.az-ın məlumatına görə, bu, Milli Məclisə təqdim edilən “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində əksini tapıb.

Məcburi köçkünlərə və onlara bərabər tutulan şəxslərə (500 min nəfərə yaxın) ayda 60 manat olmaqla vahid aylıq müavinətin verilməsi üçün 2021-ci ilin dövlət büdcəsində 340,0 milyon manat vəsait proqnozlaşdırılıb. Bu da hər bir məcburi köçkün ailəsinə orta hesabla ayda 270 manat məbləğində vəsaitin müavinət şəklində ödənilməsi deməkdir.

Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər tərəfindən istehlak edilən kommunal xidmətlərin haqqının dövlət büdcəsinin vəsaiti hesabına qarşılanması üçün 2021-ci ilin dövlət büdcəsində 15,5 milyon manat vəsait nəzərdə tutulub.