Neft Fondunun şəffaflığı artmaq əvəzinə azalır

Neft Fondunun şəffaflığı artmaq əvəzinə azalır

Vetenugrunda.az-ın verdiyi xəbərə görə, bu barədə iqtisadçı alim, Rutgers Universitetinin professoru Qubad İbadoğlu facebook hesabında məlumat paylaşıb:

"Bu günlər də SOCAR da 2019-cu ilin yekunlarını xarakterizə edən hesabatını açıqladı, Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) isə hələ də ötən ilin hesabatını dərc etməyib.

Ötən ildən 6 aydan çox vaxt keçməsinə baxmayaraq, ARDNF-nun 2019-cu il üçün fəaliyyətini xarakterizə edən hesabatı nədən açıqlamayıb. Baxmayaraq ki, ARDNF-nin Müşahidə Şurası 2019-cu ildə maliyyə fəaliyyəti haqqında müstəqil auditorun rəyini nəzərə almaqla, ötən ildə fəaliyyəti barədə illik hesabatını məqbul hesab edib.Bəs, görəsən niyə açıqlamırlar? Əvvəllər SOCAR-ın hesabatı gec dərc olunardı, indi də isə ARDNF-nin hesabatı gecikir.

Ümumiyyətlə, ARDNF-yə yeni icracı direktor təyin olunandan sonra əvvəl açıqlanan bəzi məlumatlar da gizlədilir. Məsələn, əvvəllər AÇG yatağı və Şahdəniz üzrə gəlirlər daxil olan ildən indiyə qədərki dövrü əhatə etməklə açıqlanardı. Bu ildən həmin məlumat yalnız ilin əvvəlindən indiyə qədərki dövr üzrə dərc olunur. Əvvəllər bu məlumat hər ayın ilk 3 günündə açıqlanardı. İndi isə ayın 4-dür, amma məlumat saytda yerləşdirilməyib. Neft Fondunun şəffaflığı artmaq əvəzinə azalır".