Müəllimlərə ən çox maaş verən ölkələr

Müəllimlərə ən çox maaş verən ölkələr

Dünyada müəllimlərin ən çox maaş aldıqları ölkələrin siyahısını təqdim edirik:

Yaponiya - Gündoğar ölkədə müəllimlərin illik əməkhaqqı 62 min dollardır;

İrlandiya - İrlandiyada müəllimlərin illik əməkhaqqı Yaponiyaya nisbətən daha çoxdur. Burada məbləğ 65 min dollardır;

Kanada - Kanada da məbləğ Yaponiyaya bərabərdir. Bu ölkədə müəllimlərin illik əməkhaqqı 65 min dollardır;

Niderland - "Zanbaqlar ölkəsi”ndə müəllimlərin illik əməkhaqqı 66 min dollara bərabərdir;

Avstriya - Avstriyada da müəllimlərin illik əməkhaqqı Hollandiyadakı kimi 66 min dollardır;

ABŞ - Dünyanın ən güclü ölkələrindən olan ABŞ-da müəllimlərin illik əməkhaqqı da digər ölkələrə nisbətən daha çoxdur. ABŞ-da məbləğ 67 min dollara bərabərdir;

Cənubi Koreya - Son dövrlər bütün dünyanın diqqətini cəlb edən Cənubi Koreyada müəllimlərin əməkhaqları da olduqca yüksəkdir. Burada bir müəllimin illik əməkhaqqı 75 min dollardır;

Almaniya - Almaniyada müəllimlərin illik əməkhaqqı 75 min dollardır;

İsveçrə - Dünyanın ən təhlükəsiz ölkəsi sayılan İsveçrədə müəllimlərin illik əməkhaqqı 92 min dollardır;

Lüksemburq - Dünyada müəllimlərin ən yüksək əməkhaqqı Lüksemburqdadır. Burada müəllimlər bir il ərzində 137 min dollar maaş alırlar. (azedu.az)