İki ölkə arasında 1 milyard avroluq sazış hazırlanır

 İki ölkə arasında 1 milyard avroluq sazış hazırlanır

Azərbaycan və Türkiyə arasında 1 milyard avroluq sazış hazırlanır Azərbaycan və Türkiyə 1 milyard avro dəyərində valyuta svop sazişi imzalamağa yaxındır. Bu barədə "The Middle East Eye" Türkiyədə iki yüksək vəzifəli məmura istinadən yazır.

Mənbələr bildirirlər ki, belə bir razılaşma Ankaraya Türkiyə Mərkəzi Bankının ehtiyatlarını artırmağa kömək edəcək və ölkənin bu yaxınlarda bir neçə ölkə ilə bağladığı svop sövdələşmələrindən biri olacaq.

"Saziş demək olar ki, yekunlaşıb. Yalnız vaxt tələb edən bürokratik məsələləri həll etmək qalır", - Türkiyənin yüksək rütbəli rəsmisi bildirib.

Xatırladaq ki, bundan əvvəl Türkiyə BƏƏ ilə ölkədəki valyuta böhranı fonunda 5 milyard dollarlıq svop müqaviləsi imzalamışdı.(virtualaz.org)