Gələn ay çörəyin qiyməti 20 faiz qalxacaq

Gələn ay çörəyin qiyməti 20 faiz qalxacaq

Unun bahalaşması bu ilin may ayında Gürcüstan mağazalarında çörəyin qiymətinin 20 bahalaşmasına gətirib çıxaracaq.

Bu barədə Gürcüstan Çörək İstehsalçıları İttifaqının rəhbəri Malxaz Dolidze bildirib. "Martın sonunda Rusiyadan gətirilən 50 kq çörək ununun qiyməti 65-70 lari (21-23 dollar) olub. Bundan sonra qiymət artaraq 75 lari (24 dollar) olub. Yerli unun qiyməti 80 lari (26 dollar) təşkil edir. Bura elektrik enerjisi, təbii qaz, su, əmək haqqı tariflərini, satış xərclərini də əlavə etsək, o zaman qiymətə təsir edəcək.

Qiymətlərə yenidən baxılması məsələsi daha çox olacaq"-deyə qeyd edib. İlkin məlumata görə, Gürcüstanda çörəkin qiyməti 0,07 dollar, (12 qəpik) qalxacaq.(yeniavaz)