Erməni pomidorunda virus aşkarlandı

Erməni pomidorunda virus aşkarlandı
Rusiya Ermənistandan idxal olunan pomidora məhdudiyyət qoya bilər. Buna səbəb ölkəyə gətirilən tərəvəz növündə “pepino mozaika” virusunun aşkarlanmasıdır. Baytarlığa Nəzarət üzrə Federal Xidməti bildirib ki, Rusiyaya tədarük olunan tərəvəzlərdə sözügedən virus yenidən aşkarlanarsa, məhdudiyyət tətbiq olunacaq. Vurğulanıb ki, həmin virus təhlükəlidir, Rusiyada tərəvəz yetişdirilməsinə böyük ziyan vura bilər. Bundan əvvəl Federal Xidmət eyni səbəblərdən Niderland, Belçika və Fransadan pomidor idxalını qadağan etmişdi. Qeyd edək ki, "Pepino mozaik" virusu ilk dəfə Peruda vəhşi bir pomidorda aşkarlanıb. 2000-ci ildə Avropada yayılmağa başlayıb. Bu virus məhsuldarlığı məhv etməklə yanaşı pomidoru eybəcər hala salır. "Pepino mozaik" virusu bitkiden bitkiyə, hətta əllər və geyim vasitəsilə də keçdiyi üçün çox təhlükəlidir.