Çin İrandan gündəlik 1 milyon barel xam neft alır

Çin İrandan gündəlik 1 milyon barel xam neft alır

ABŞ -ın İranın neft sənayesinə tətbiq etdiyi sanskiayalara baxmayaraq Çin bu ölkədən gündəlik 1 milyon barel xam neft alır.

Ticarət və analitik mənbələr Çinin cari ayda İrandan gündəlik 1 milyon barel neft idxal edəcəyini proqnozlaşdırıblar. Bu rəqəm Çinin Səudiyyə Ərəbistanından aldığı neftin yarısıdır.

Qeyd edək ki, ABŞ mart ayında Çinə İrandan neft alışını dayındırmaqla bağlı xəbərdarlıq edib. Buna baxmayaraq Çin İranla 400 milyard dollar dəyərində uzun müddətli müqavilə imzalayıb. Müqavilədə Çin İran iqtisadiyyatının müxtəlif sahələrinə 25 il ərzində investisiya yatıracaq və bunun qarşılığında İrandan neft alacaq.