Çin dünyanın ən iri azad ticarət sazişini imzalayacaq 

Çin dünyanın ən iri azad ticarət sazişini imzalayacaq 

Çin Asiyanın 14 ölkəsi ilə dünyanın ən iri azad ticarət sazişini imzalayacaq.

Sənəd Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasının (ASEAN) sammiti zamanı imzalanacaq. Sammit noyabrın 15-dək davam edəcək.

Sazişə Çinlə yanaşı Yaponiya, Avstraliya, Yeni Zelandiya kimi ölkələr qoşulacaq.

Yeni yaranacaq azad ticarət zonası 2,2 milyard əhalini əhatə edir. (trend)