"Bloklanmış kartlar problemi nə qədər tez həll olunsa, Nazirliyin imici üçün yaxşı olar"

"Bloklanmış kartlar problemi nə qədər tez həll olunsa, Nazirliyin imici üçün yaxşı olar"

"Əgər islahatlar dərinləşdirilməsə, böhran daha da dərinləşəcək və ondan çıxma müddəti də uzanacaq"

Bu sözləri millət vəkili Əli Məsimli avqustun 5-də Milli Məclisin plenar iclasındakı çıxışında söyləyib.

"Koronaviris pandemiyası tibbi məsələ olmaqla yanaşı, həm də çox ciddi iqtisadi, sosial, psixoloji və sair problemlər yaratdığından, əhalinin sağlamlığının qorunması. biznesin şökməsinin qarşının alınması,işsız və digər aztəminatlı kateqoriyaya aid insanlara dövlət dəstəyinin verilməsi cıddı təlabata çevrilib. Ona görə də dürüstşəşdirilmiş büdcədə həm insanların sağlamlığının qorunması,həm biznesin çökməsinin qarşının alınması, həm də insanların sosial vəziyyətinin pislşəşməsinin qarşısının alınması,eləcə də bu və digər sosial-iqtisdi istiqamətdə üst-üstə götürüldükdə 1,2 milyard manara qədər vəsait nəzərdə tutulur.Təbii ki, bu sahədə görülən işləri müsbət qiymətləndiririk.

Eyni zamanda pandemiya ilə bağlı yeni iqtisadi paketdə nəzərə alinması zəruri olan bəzi məsələri də toxunmaq istərdik... Digər ölkələrdə olduğu kimi, Azərbaycanda da iqtisadiyyat əsasən, özəl sektorun, biznesin üzərində qurulub. Hazırkı real durumda bu sahə kifayət qədər ziyan çəkib.

Əksər sahibkarlıq subyektləri ya çöküb, ya da ciddi ziyana düşüb. Sərt karantin rejimi şəraitində sahibkarlıq strukturlarına yalnız aprel ayında, indiyədək 98 milyon manat, kiçik və mikrosahibkarlara isə aprel-may aylarında normal kompensasiya alıblar vəindiyədək 64 milyon manat xərclənib. Belə şəraitdə dövlət dəstəyi yetərincə olmadığından, bir sıra sahibkarıq subyekləri artıq 3 aydır ki, işçilərinə əmək haqqı vermir.

Əmək haqqı almayan bu cür xeyli işçi əslində işsizlər ordusun qoşulib,amma bundan kimin xəbəri yoxdur və heç yerdə də uçota alınmır. Yeni iqtisadi paketdə bu şəxslərin də dəqiq uçotu aparılmalıdır. Hesab edirik ki, sahibkarlığa dəstək üçün nəzərdə tutulan sahibkarlığın düşdüyü ağır durumla müqayisədə çox az bir məbləğdir.

Eyni zamanra sahibkarlara dəstək aprel-may ayları ilə məhdudlaşdırılmamalı və növbəti aylar üçün də verilməlidir. İndi sahibkarlığın düşdüyü vəziyyətdə çıxarmaq üçün, məsələn deyək ki, müvafiq proqramda nəzərdə tutulduğu kimi, deyək ki, 215 milyon manat lazımdırsa, sahibkara qısa müddət ərzində normal dəstək olmasa, bir müddətdən sonra 1 milyard vəsait ayrılsa belə, onlara xeyri olmayacaq, onları ayaq üstə qoymaq mümkün olmatyacaq. Ona görə də pandemiya dövrünün 5 ayı çox ciddi təhlil edilmli,müsbət tərəflər inkişaf etdirilmli, çatışmazlıqlar isə tezliklə aradan qaldırılmalı və bu əsasda sahibkarlara dəstək daha dolğun və mükəmməl variantda davam etdirilməlidir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 190 manat ətrafında yaranna narazılıqları araşdırır və xeyirxah addamlar atmaq niyyətindədir. İqtisadiyyat Nazirliyinin sahibkarlar arasında apardığı sosioloji sorğuları təqdir edirik və təklif edirik ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi də işsizlər eləcə də pandemiya nəticəsində işlərini itirənlər,digər aztəminarlı təbəqələr arasında sosialoji sorğular keçirsin. Onda məlum olacaq ki,günəmuzd işləyənlər,iş yerləri bağlandığından işlərini itirənlər və digər atəminatlılar nə vəziyyətdədir.190 manatlıq yardım əvvəlcə 200 min nəfər üçün nəzərdə tutulsa da, sonradan say 600 min çatdırıldı və bu məqsədlə 229 milyon manat xərclənildi.

Sonra iyun ayı üçün 190 manatlıq müavinət təqribn 300 min nəfərə yaxın adama tətbiq edildi nəfərə və bu məqsdələ 55 milyon manat, beləliklə aprel-may-iyun aylarıda imkansızlara 190 manat verilmsi üçün 3 ayda 284 milyon manat pul xərclənib. Bu, pandemiyaya qarşı mübarizə üçün nəzərdə tutulan 3,5 milyard manatlıq paketlərin ümumi məbləğinin cəmi 8 faizi qədərdir.

Hesab edirik ki,əgər sərt karantin rejimi ilə "evdəqal prinsipi" tətbiq olunmaqda davam edirsə, belə şaraitdə imkansız vəziyyətə düşən insanlara iyul və avqust ayları üçün də 190 manatın verilməsi davam etdirilməlidir. Eyni zamanda heç bir səbəb olmadan aprel ayından sonra növbəti aylarda 190 manat almağa hüquqi çatsa da almayan insanların məsələsinə yenidən baxılıb, kompensasiya ilə təmin olunmalıdır.

190 manat hesablarına köçürülsə də, həmin pulu vaxtında çıxarmayan insanların da kartının blokdan açılmasını zəruri hesab edirik. Bloklanmış kartlar problemi nə qədər tez həll olunsa, Nazirliyin imici üçün bir o qədər yaxşı olar.

Pandemiyanın yaratdığı çoxsaylı proqblemlərin həllinin sürətlədirilməsinin ən etibarlı yolu islahatlarların dərinləşdirilməsidir. Əgər islahatlar dərinləşdirilməsə, böhran daha da dərinləşəcək və ondan çıxma müddəti də uzanacaq. Hazırkı şəraitdə islahatlar keçirmək nə qədər çətin olsa da islahatların alternativi yoxdur və islahatların dairəsi genişləndirlmiş variantda sistemli şəkildə və davamlı olaraq dərinləşdirilməsini zəruri hesab edirik".