Bayram yarmarkalarını "Enerji Təchizat-1" təşkil edəcək

Bayram yarmarkalarını "Enerji Təchizat-1" təşkil edəcək

Bakıda Yeni illə bağlı bayram yarmarkaları təşkil edəcək şirkət məlum olub

 Kənd Təsərrüfatı Nazirliyinə məxsus "Aqrar Tədarük və Təchizat" ASC Bakının 5 müxtəlif ərazisində dekabrın 20-dən 30-nə qədər (11 təqvim günü) kənd təsərrüfatı və ərzaq məhsullarının satış-yarmarkalarının təşkil edilməsi ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

Tenderin qalibi "Enerji Təchizat-1" MMC-dir. BU barədə vahid dövlət satınalmaları portalı məlumat verib. 

Qalib şirkətə 198,5 min manat ödəniləcək.