"Bakı Metropoliteni" 3 milyon manatlıq kabel alır

"Bakı Metropoliteni" 3 milyon manatlıq kabel alır

"Bakı Metropoliteni" QSC güc kabellərinin satın alınması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

Dövlət satınalmalarının vahid internet portalının məlumatına görə, tenderin qalibi "Smart Energy Solutions" QSC-dir.

Qalib şirkətə 2,748 milyon manat ödəniləcək.